Ev DünyaLavrov: Moskva–İrəvan münasibətlərində ziddiyyətli məqamlar var

Lavrov: Moskva–İrəvan münasibətlərində ziddiyyətli məqamlar var

by Baş Redaktor
32 Baxış

Rusiya ilə Ermənistan arasında münasibətlər müttəfiqlik xarakteri daşısa da, eyni zamanda müəyyən mürəkkəb məqamlar da mövcuddur.

Army.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov məlumat yayıb.

Onun sözlərinə görə, Ermənistan ilə əməkdaşlıq davam edir, lakin Qərb bəzi MDB ölkələrində olduğu kimi Ermənistanı da öz təsir dairəsinə cəlb etməyə çalışır.

Lavrov iddia edib ki, bu cəhdlər Ermənistanın MDB və Avrasiya İqtisadi İttifaqı çərçivəsində tərəfdaşları ilə iqtisadi, ticarət və investisiya əlaqələrinə mənfi təsir göstərə bilər.

banner

Rusiya XİN başçısı həmçinin qeyd edib ki, yaxın zamanda keçiriləcək Avrasiya İqtisadi İttifaqı sammitində bu məsələlərin geniş şəkildə müzakirə olunması gözlənilir.

Əlaqəli Yazılar Xüsusi