ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskinin Vaşinqton tərəfindən təklif olunan bəzi “çox güclü sursatlardan” imtina etdiyini bildirib.
Army.az xəbər verir ki, Tramp bu barədə “Time” jurnalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, Kiyev həmin sursatlardan istifadə etmək üçün lazımi imkanlara malik olmayıb:
“Onu götürməzdi, çünki onun təyyarələri və həmin sursatlar üçün lazım olan digər vasitələri yox idi”.
Tramp söhbətin konkret olaraq hansı növ sursatlardan getdiyini açıqlamayıb.
ABŞ lideri bu açıqlamanı Vaşinqtonun İranla müharibə fonunda silah-sursat ehtiyatlarının tükənməsi ilə bağlı yayılan məlumatları şərh edərkən verib.
