Ev ÖlkəPaşinyan Azərbaycandan danışdı : “İki ildən çoxdur itki yoxdur”

Paşinyan Azərbaycandan danışdı : “İki ildən çoxdur itki yoxdur”

by Baş Redaktor
21 Baxış

“TRIPP layihəsi artıq icra mərhələsinə daxil olur”.

Army.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, mövcud beynəlxalq mürəkkəb şəraitə baxmayaraq, ABŞ Ermənistan və Azərbaycan hökumətləri regional kommunikasiya xətlərinin açılmasını və TRIPP layihəsinin həyata keçirilməsini prioritet hesab edirlər.

Paşinyan əlavə edib ki, son iki ildən artıq müddətdə Ermənistan–Azərbaycan sərhədində qarşılıqlı atışmalar, nə itki, nə də yaralanma halları qeydə alınmayıb:

banner

“Kiranç kəndində şagirdlər təhsil aldıqları məktəbdə Azərbaycan sərhədinə təxminən 50 metr məsafədə dərsə gedir, 30 metr məsafədə isə idman fəaliyyəti ilə məşğul olurlar. Bu vəziyyət hazırkı şəraitdə sülh mühitinin göstəricisi kimi qiymətləndirilə bilər”.

Əlaqəli Yazılar Xüsusi