Ermənistanın Baş naziri Nikol Paşinyan deputat Edqar Qazaryana qarşı məhkəməyə müraciət edib.
Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məhkəmə məlumatına əsasən, Paşinyan Qazaryanın 27 sentyabr 2026-cı ildə müsahibə zamanı onun barəsində səsləndirdiyi və iddiaçı tərəfindən böhtan kimi qiymətləndirilən fikirləri ictimai şəkildə təkzib etməsini tələb edir.
Bundan əlavə, Paşinyan Edqar Qazaryandan onun xeyrinə 6 milyon Ermənistan dramı (28 min manat) məbləğində kompensasiya tutulmasını istəyir.
