Ev DünyaPaşinyandan “Real Ermənistan” açıqlaması: “Vəd olunmuş torpaqlar” nədir?

Paşinyandan “Real Ermənistan” açıqlaması: “Vəd olunmuş torpaqlar” nədir?

by Baş Redaktor
46 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan “Tanrı tərəfindən vəd olunmuş torpaqlar” ifadəsini Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisi ilə əlaqələndirib.

Army.az xəbər verir ki, Paşinyan bu fikirləri İrəvanda keçirilən dini tədbir zamanı səsləndirib.

Onun sözlərinə görə, “Real Ermənistan” ideologiyasının əsas mahiyyəti “Tanrının vəd etdiyi torpaqlar” anlayışının məhz Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindəki ərazi kimi qəbul edilməsidir.

Paşinyanın təqdim etdiyi yanaşmaya əsasən, “Real Ermənistan” konsepsiyası ölkənin mövcud sərhədləri çərçivəsində inkişafını nəzərdə tutur. O, bu çərçivədə qonşu dövlətlərə, o cümlədən Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının rədd edildiyini bildirir.

banner

Əlaqəli Yazılar Xüsusi