ABŞ “XM30” adlı yeni nəsil piyada döyüş maşını layihəsində növbəti mərhələyə keçib və artıq ilkin tədarük prosesinə start verilib.
Army.az xəbər verir ki, 2027-ci maliyyə ili üçün təqdim olunan büdcə planında 19 ədəd “XM30” zirehli texnikasının alınması məqsədilə təxminən 547 milyon dollar vəsait ayrılması nəzərdə tutulur.
Bu qərar proqramın tədqiqat və inkişaf mərhələsindən çıxaraq real istehsal və satınalma mərhələsinə keçdiyini göstərir.
Qeyd edək ki, “XM30”, ABŞ ordusunda uzun illər istifadə olunan M2 Bradley zirehli maşınlarını əvəz etmək üçün hazırlanır.
