DünyaPentaqonun yeni planı: İranda enerji obyektləri hədəf alındı

Pentaqonun yeni planı: İranda enerji obyektləri hədəf alındı

by Baş Redaktor
6 Baxış

ABŞ-da hərbi planlaşdırma ilə məşğul olan qurumlar İrana qarşı mümkün zərbələr üçün seçilən hədəflər siyahısını yenidən gözdən keçirir.

Army.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Məlumata görə, bu siyahıya həm mülki əhali, həm də hərbi strukturlar üçün yanacaq və elektrik təmin edən enerji obyektləri də daxil edilib.

“Bu cür obyektlərin “ikili təyinatlı” sayılması onların hədəf kimi qəbul edilməsinə əsas verir. Bununla belə, Pentaqon daxilində bu yanaşmanın nə dərəcədə əsaslı olduğu ilə bağlı fikir ayrılıqları mövcuddur”, – deyə qeyd edilib.

banner

You may also like