Rusiya ilə Ukrayna arasında hərbçilərin cəsədlərinin növbəti mübadiləsi baş tutub.
Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, Ukraynaya Silahlı Qüvvələrə məxsus 1000 hərbçinin cəsədi təhvil verilib. Əvəzində isə Rusiya 41 hərbçinin cəsədini geri alıb. Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, 2026-cı ilin yanvar ayında da oxşar mübadilə həyata keçirilmişdi. Həmin vaxt Moskva Kiyevə 1000 hərbçinin cəsədini vermiş, qarşı tərəfdən isə 38 cəsəd geri qaytarılmışdı.
