Ev Hərbi XəbərlərRusiya XİN-dən Qərbə : “Birbaşa məsuliyyət daşıyırsınız”

Rusiya XİN-dən Qərbə : “Birbaşa məsuliyyət daşıyırsınız”

by Baş Redaktor
70 Baxış

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Britaniya və Fransanı Ukraynanın Rusiya ərazisində həyata keçirdiyi hücumlarda birbaşa iştirak etməkdə ittiham edib.

Army.az xəbər verir ki, Zaxarova bu barədə keçirdiyi brifinq zamanı danışıb.

Diplomatın sözlərinə görə, London və Paris Ukraynaya zərbə imkanlarının yaradılması ilə bağlı qərarlarla öz məsuliyyətlərini azaltmağa çalışırlar.

“Ukraynalılara sözdə yığma funksiyalarının verilməsi ilə bağlı qərarlarla London və Paris ölkəmizin dərinliklərinə endirilən zərbələrə görə məsuliyyətdən yayınmağa çalışırlar”, – Zaxarova bildirib.

banner

Rusiya XİN sözçüsü vurğulayıb ki, Moskva Britaniya və Fransanın bu məsələdə məsuliyyətdən kənarda qalmasına imkan verməyəcək.

Əlaqəli Yazılar Xüsusi