Rusiyanın hazırladığı “Burevestnik”, “Sarmat” və “Poseydon” kimi yeni strateji silah sistemləri öz xüsusiyyətlərinə görə zamanı qabaqlayan unikal komplekslər hesab olunur.
Army.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev məlumat verib.
Onun sözlərinə görə, müasir strateji silahların hazırlanması mühəndislik sahəsində fundamental yanaşmalar və geniş elmi potensial tələb edir.
Rusiyada bu cür layihələri həyata keçirmək üçün kifayət qədər elmi, texnoloji və istehsal imkanları mövcuddur.
“Bu sahə ilə bağlı məlumatların böyük hissəsi qapalı olsa da, nəticələr artıq hər kəsə məlumdur. “Burevestnik”, “Sarmat” və “Poseydon” kimi ən yeni strateji silah sistemləri bunun bariz nümunəsidir. Bunlar zamanı qabaqlayan və ölkəmizin təhlükəsizliyini uzun illər təmin edəcək unikal komplekslərdir”, – deyə Medvedev vurğulayıb.
