Ev DünyaSəyyari : “Xameneinin qisası üçün çalışırıq”

Səyyari : “Xameneinin qisası üçün çalışırıq”

by Baş Redaktor
75 Baxış

İran Quru Qoşunları komandanının müavini, general Həbibullah Səyyari ölkəsinin rəhbərliyinə qarşı hər hansı hücumun cavabsız qalmayacağını bildirib.

Army.az xəbər verir ki, Səyyari çıxışı zamanı İran xalqının bu məsələyə laqeyd yanaşmayacağını vurğulayıb.

“Düşmənlər düşünürdülər ki, dirəyi vurmaqla çadırı dağıda bilərlər. Lakin bunun əksinə olaraq, bu, xalqımızın motivasiyasını daha da artırdı. Xalq rəhbərin (Əli Xameneinin) qisasını almaq üçün hərəkətə keçdi və hələ də bu yoldadır. İran xalqı baş verənləri asanlıqla unutmayacaq”, – deyə general bildirib.

Səyyari eyni zamanda Hörmüz boğazı və Fars körfəzi üzərində nəzarətin İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Dəniz Qüvvələrində olduğunu iddia edib.

banner

Əlaqəli Yazılar Xüsusi