ABŞ Prezidenti Donald Trampın İranla bağlı sərt ritorikası və daha sonra geri addım atması bəzi analitiklər tərəfindən keçmiş prezident Riçard Niksonun tətbiq etdiyi “dəli nəzəriyyəsi” ilə əlaqələndirilir.
Army.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Bildirilir ki, Tramp əvvəlcə İranı ciddi şəkildə hədələyib, lakin sonradan Hörmüz boğazının açılması fonunda mövqeyini yumşaldıb.
“Sözügedən nəzəriyyə diplomatiyada rəqibi qorxutmaq üçün qəsdən qeyri-sabit və proqnozlaşdırılması çətin davranış sərgiləməyi nəzərdə tutur. Bu taktika vaxtilə Nikson tərəfindən Vyetnam müharibəsi zamanı istifadə olunmuşdu”.
