DünyaTramp: “Bu gecə bütün bir sivilizasiya məhv ediləcək”

Tramp: “Bu gecə bütün bir sivilizasiya məhv ediləcək”

by Baş Redaktor
4 Baxış

ABŞ Prezidenti Donald Tramp bildirib ki, yaxın zamanda bütün bir İran sivilizasiyası məhv edilə bilər.

Army.az xəbər verir ki, bu barədə o, “Truth” sosial şəbəkəsində yazıb.

“Bu gecə bütün bir sivilizasiya məhv ediləcək və onu heç vaxt bərpa etmək mümkün olmayacaq. Mən bunun baş verməsini istəmirəm, amma, ehtimal ki, belə olacaq. Lakin indi, tam və hərtərəfli rejim dəyişikliyi baş verdikdən, daha ağıllı və daha az radikal düşüncələr üstünlük təşkil etdikdən sonra, bəlkə də inqilabi dərəcədə möhtəşəm bir şey baş verəcək, kim bilir? Tanrı İranın böyük xalqını qorusun!” — deyə Ağ Ev rəhbəri vurğulayıb.

Trampın sözlərinə görə, dünya “bu gecə ən vacib anlardan birini” görəcək. O əlavə edib ki, “47 il ərzində davam edən hədə-qorxu, korrupsiya və cinayətlər” sona çatacaq.

banner

You may also like