ABŞ Prezidenti Donald Tramp NATO-nun növbəti sammitində iştirak etməsinin əsas səbəblərindən birinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olduğunu açıqlayıb.
Army.az-ın məlumatına görə, Ağ Evdə NATO-nun baş katibi Mark Rütte ilə görüş zamanı danışan Tramp bildirib ki, sammitin Türkiyədə keçirilməsi və təşkilatçılığın Prezident Ərdoğanın üzərinə düşməsi onun qərarında mühüm rol oynayıb.
ABŞ liderinin sözlərinə görə, əgər tədbir başqa ölkədə təşkil olunsaydı, həmin səfəri etməyə bilərdi.
“Sammitə Türkiyə ev sahibliyi etdiyi və onu Prezident Ərdoğan təşkil etdiyi üçün qatılacağam. Açığı, əksər liderlər üçün belə bir addım atmazdım”, – deyə Tramp qeyd edib.
