ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatlardan yorulduğu üçün İrandan tam kapitulyasiya tələbini geri götürüb.
Army.az xəbər verir ki, bu barədə beynəlxalq münasibətlər üzrə ekspert Devid İqnatyus “Washington Post” (WP) üçün yazdığı məqalədə bildirib.
O qeyd edib ki, ABŞ lideri bu tələbi martın əvvəlində irəli sürmüşdü, lakin artıq çoxdan onu “unudub”.
Ekspertin fikrincə, Tramp üçün İranla münaqişədən çıxmaq çətin olacaq, çünki İsrail birgə əməliyyatın başqa nəticələrini gözləyir və bu da bütün tərəfləri qane edəcək sülhün əldə olunmasını çətinləşdirir.
“Qələbə üçün aydın strategiya olmadan başlayan müharibə, görünür, sülh formulu olmayan bir sonluğa doğru qaçılmaz şəkildə yaxınlaşır”, — deyə İqnatyus yazıb.
