DünyaTrampdan İrana son xəbərdarlıq: Vaxt təyin edildi

Trampdan İrana son xəbərdarlıq: Vaxt təyin edildi

by admin
0 Baxış

ABŞ Prezidenti Donald Tramp İranın enerji infrastrukturuna zərbə endirilməsi ilə bağlı daha əvvəl qoyulmuş müddəti aprelin 6-na qədər uzatdığını elan edib. Ağ Ev rəhbəri bu qərarın Tehranın xahişi ilə qəbul edildiyini bildirib.

Army.az xəbər verir ki, Tramp özünün “Truth Social” platformasında paylaşım edərək, İranın Hörmüz boğazını gəmilərin hərəkəti üçün yenidən açmalı olduğunu vurğulayıb.

“İran hökumətinin xahişi ilə enerji müəssisələrinin məhv edilməsi müddətini 10 gün – 6 aprel 2026-cı il tarixinə qədər dayandırıram”, – deyə ABŞ prezidenti qeyd edib. O, həmçinin əlavə edib ki, tərəflər arasında danışıqlar davam edir və “yalan xəbərlərin” əksini iddia etməsinə baxmayaraq, proses “çox yaxşı” gedir.

banner

Lakin rəsmi Tehran Trampın iddia etdiyi “məhsuldar danışıqlar” barədə məlumatları təkzib edir. İran tərəfi ABŞ-ın təklif etdiyi 15 bəndlik sülh planını “ədalətsiz və birtərəfli” adlandırıb. Xatırladaq ki, ABŞ-ın tələbləri arasında İranın nüvə proqramının tamamilə dayandırılması və raket potensialının məhdudlaşdırılması yer alır.

Analitiklərin fikrincə, Trampın bu gedişi neft bazarlarında sabitliyi qorumaq və İrana diplomatik təzyiq imkanlarını son həddə qədər sınamaq məqsədi daşıyır.

You may also like