16
Ukrayna pilotsuz uçuş aparatlarını ABŞ-a göndərə bilər.
Army.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın NATO-dakı səfiri Metyu Uitakerlə görüşü zamanı “Drone Deal” razılaşması çərçivəsində ilk sənədlərin artıq imzalandığını bildirib.
Onun sözlərinə görə, bu, Ukrayna istehsalı PUA-ların ABŞ-a göndərilərək sınaqdan keçirilməsinə imkan yaradır.
