ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibəyə mümkün qədər tez “nöqtə qoymağa” çalışır. Bu da Avropa diplomatları arasında ciddi narahatlıq doğurur.
Army.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
“Avropada ehtiyat edirlər ki, Vaşinqton Konqresə aralıq seçkilər ərəfəsində Ukraynaya təzyiqləri artıra bilər.
Avropalı rəsmilər xəbərdarlıq edirlər ki, danışıqların sürətləndirilməsi Kiyevə ərazi güzəştlərinin, o cümlədən Donbas məsələsinin qəbul etdirilməsi cəhdlərinə gətirib çıxara bilər.
Avropada həmçinin ABŞ diplomatiyasının fəallaşması ehtimalı, o cümlədən Ağ evin xüsusi nümayəndələrinin Kiyevə səfəri də narahatlıq yaradır. Bu, danışıqlar prosesini “yenidən başlatmaq” cəhdi kimi qiymətləndirilsə də, Ukraynaya təzyiq riski ilə müşayiət olunur.
Aİ-də həmçinin ehtiyat edirlər ki, digər beynəlxalq böhranlar fonunda ABŞ-ın Ukrayna istiqamətinə diqqəti zəifləyə bilər və müttəfiqlər arasında fikir ayrılıqları daha da arta bilər”, – deyə qeyd edilib.
