“ABŞ-ın İrandakı hərbi qarşıdurmada diplomatik yolları seçməsi, qarşılıqlı anlaşma və təhlükəsizliyin təmin edilməsi üçün əlavə imkanlar açır”.
Army.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“ABŞ İranla bağlı diplomatiyaya üstünlük verir və dünya bu addımı dəstəkləyir. Atəşkəs həmişə diplomatik proses üçün zəmindir və müharibənin yekun nəticəsi ortaya çıxmazdan əvvəl reallaşmalıdır,” – o əlavə edib.
Prezident qeyd edib ki, Ukrayna Rusiyanın ölkəyə qarşı hücumunda əvvəldən oxşar strategiyanı izləyib:
“Əlbəttə, bu heç də asan məsələ deyil. Hazırda Yaxın Şərqdə sabit atəşkəsin təmin edilməsi üçün hələ də ciddi səylər lazımdır. Lakin son nəticədə hər kəsin əsas məqsədi təhlükəsizliyi qorumaq olmalıdır”.
