Ev Hərbi XəbərlərZelenski: Rusiya gecə ərzində Ukraynaya 16 ballistik raket atıb

Zelenski: Rusiya gecə ərzində Ukraynaya 16 ballistik raket atıb

by Baş Redaktor
42 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın gecə saatlarında ölkəsinə 16 ballistik raketlə zərbə endirdiyini bildirib. Onun sözlərinə görə, hücumların əsas hədəfləri enerji obyektləri və infrastruktur olub.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Zelenski qeyd edib ki, zərbələr nəticəsində enerji infrastrukturu ilə yanaşı, tibb müəssisəsi, məktəb, metro stansiyası və yaşayış binaları da zərər görüb. Onun açıqlamasına əsasən, 10-dan çox enerji obyektinə ziyan dəyib, ən azı 550 min ailə elektrik enerjisiz qalıb.

Ukrayna lideri tərəfdaş ölkələrin ballistik hücumların bir hissəsi barədə əvvəlcədən xəbərdarlıq etmədiyini də iddia edib.

banner

Zelenski, həmçinin Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını və Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünün məhdudlaşdırılmasını tənqid edib. O, bu addımları “reallığın inkarı” kimi qiymətləndirib.

Əlaqəli Yazılar Xüsusi