Ev DünyaZelenski Trampa müraciət etdi – Təcili

Zelenski Trampa müraciət etdi – Təcili

by Baş Redaktor
18 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski hava hücumundan müdafiə imkanlarının azalması fonunda ABŞ Prezidenti Donald Tramp administrasiyasına təcili müraciət edib.

Army.az xəbər verir ki, bu barədə “Kiyev Independent” məlumat yayıb.

Bildirilib ki, Zelenski göndərdiyi məktubda xüsusilə ballistik raketlərə qarşı müdafiə vasitələrinin çatışmazlığının kritik həddə çatdığını vurğulayıb.

Məktubda qeyd olunub ki, Ukraynanın ballistik təhlükələrdən qorunması böyük ölçüdə ABŞ dəstəyindən asılı olaraq qalır.

banner

Bu səbəbdən Kiyev Vaşinqtondan MIM-104 Patriot sistemləri üçün PAC-3 raketlərinin, həmçinin əlavə hava hücumundan müdafiə vasitələrinin ayrılmasını istəyib. Bildirilir ki, mövcud tədarüklər Rusiya hücumlarının intensivliyinə uyğun gəlmir.

Əlaqəli Yazılar Xüsusi