Ev Gündəm“Paşinyan özündən çıxıb”: Ermənistan Müdafiə Nazirliyində gərginlik

“Paşinyan özündən çıxıb”: Ermənistan Müdafiə Nazirliyində gərginlik

by Baş Redaktor
10 Baxış

Ermənistan Müdafiə Nazirliyində son günlər baş verən faciəvi hadisələr baş nazir Nikol Paşinyanın ciddi narazılığına səbəb olub.

Army.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” qəzeti məlumat yayıb.

Nəşrin iddiasına görə, Paşinyan Müdafiə Nazirliyinin rəhbər şəxsləri ilə görüş zamanı onların ünvanına sərt iradlar səsləndirib və baş verən hadisələrə görə məsuliyyət məsələsini gündəmə gətirib.

“Görünür, siz bunu qəsdən edirsiniz. Mən bunu başa düşmürəm. Hamınız birlikdə sübut etməlisiniz ki, burada rəhbərliyin heç bir günahı yoxdur. Əks halda, mənim əlimdən qurtula bilməyəcəksiniz”, – deyə “İravunk” Paşinyanın Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə söylədiyi iddia olunan sözləri yayıb.

banner

Qəzetin məlumatına görə, Paşinyanın sərt reaksiyasına Müdafiə Nazirliyində son dövrlərdə qeydə alınan faciəvi hadisələr səbəb olub.

Əlaqəli Yazılar Xüsusi