Ev Hərbi XəbərlərKreml Kiyevə xəbərdarlıq etdi: “Zərbələrə son dərəcə sərt cavab veriləcək”

Kreml Kiyevə xəbərdarlıq etdi: “Zərbələrə son dərəcə sərt cavab veriləcək”

by Baş Redaktor
35 Baxış

Rusiya Ukraynada hərbi eskalasiyanın artırılmasına ehtiyac görmür. Kreml bunu ölkə qoşunlarının cəbhədə irəliləməsi ilə əlaqələndirir.

Army.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Peskovun sözlərinə görə, Moskvanın hərbi eskalasiyaya getməsi üçün zərurət yoxdur, çünki Rusiya qüvvələri hazırda cəbhədə irəliləyiş əldə edir.

“Əgər hərbi eskalasiyadan danışırıqsa, buna sadəcə ehtiyacımız yoxdur. Çünki onsuz da irəliləyirik”, – Kremlin sözçüsü bildirib.

banner

Peskov eyni zamanda Kiyevin Rusiya ərazisindəki infrastruktur obyektlərinə zərbələrinə münasibət bildirib. O qeyd edib ki, Moskva bu cür hücumlara “son dərəcə sərt” şəkildə cavab verəcək.

Əlaqəli Yazılar Xüsusi