ABŞ-ın müdafiə naziri Pit Heqset İranın qarşısında hərbi qarşıdurmanı davam etdirməkdən başqa, danışıqlar masasına qayıtmaq seçiminin qaldığını bildirib.
Army.az xəbər verir ki, Heqset İranın Hörmüz boğazına nəzarəti ələ keçirmək cəhdlərinin uğursuz olduğunu iddia edib.
“İran bilir ki, biz Hörmüz boğazına nəzarət edirik və neftin axını davam edir. Onlar boğaza nəzarəti ələ keçirmək üçün böyük mərc etdilər, lakin bunu bacarmadılar”, – deyə ABŞ rəsmisi bildirib.
Heqsetin sözlərinə görə, mövcud vəziyyətdə Tehranın qarşısında yalnız bir seçim qalır – danışıqlara başlamaq.
“İranın qarşısında qalan yeganə seçim danışıqlar masasına oturmaq və nüvə proqramını həqiqətən müzakirə etməkdir”, – ABŞ müdafiə naziri vurğulayıb.
