Ev Hərbi XəbərlərQalibaf: “İran ABŞ-la tammiqyaslı müharibə aparır”

Qalibaf: “İran ABŞ-la tammiqyaslı müharibə aparır”

by Baş Redaktor
104 Baxış

İran ABŞ-la qarşıdurmanın iqtisadi müstəvidə də genişmiqyaslı xarakter aldığını açıqlayıb.

Army.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf deyib.

Qalibafın sözlərinə görə, ölkə hazırda tammiqyaslı iqtisadi müharibə şəraitindədir. O, Tehranın bu qarşıdurmada da ABŞ-a müqavimət göstərəcəyini və nəticədə üstünlük əldə edəcəyini bildirib:

“Ölkə tammiqyaslı iqtisadi müharibədədir. Əlbəttə, bu meydanda da düşməni məğlub edəcəyik və onun kürəyini yerə vuracağıq”.

banner

Qalibaf həmçinin ABŞ-ın iqtisadi təzyiqləri fonunda həyata keçirdiyi siyasətin psixoloji təsirinin azalacağını iddia edib.

Əlaqəli Yazılar Xüsusi