Norveçdə monarx dəyişib. Kral V Haraldın vəfatından sonra onun oğlu Hakon ölkənin yeni kralı olub.
Army.az xəbər verir ki, bu barədə Norveç mediası məlumat yayıb.
Yeni monarxın taxta çıxması ilə əlaqədar kral sarayında Norveç bayrağı qaldırılıb.
Məlumata görə, Hakon yeni vəliəhd şahzadə İnqrid Aleksandra ilə birlikdə hökumət nümayəndələrinin iştirakı ilə Nazirlər Kabinetinin təcili iclasına qatılıb.
Beləliklə, V Haraldın 1991-ci ildən davam edən hakimiyyəti başa çatıb və Norveç taxtında yeni monarx dövrü başlayıb.
