Ev DünyaRobert Fitso: “Rusiya olmadan Avropada sülh və təhlükəsizlik mümkün deyil”

Robert Fitso: “Rusiya olmadan Avropada sülh və təhlükəsizlik mümkün deyil”

by Baş Redaktor
137 Baxış

Slovakiyanın Baş naziri Robert Fitso Avropa İttifaqının Ukrayna müharibəsi ilə bağlı siyasətini tənqid edərək, hərbi yanaşmanın əvəzinə diplomatik həll yolunun seçilməsinin vacibliyini bildirib.

Army.az xəbər verir ki, Fitso sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Aİ-nin Ukraynaya hərbi dəstəyini artırmasının strateji baxımdan yanlış olduğunu deyib.

Onun sözlərinə görə, Avropada uzunmüddətli sülh və təhlükəsizliyin təmin olunması Rusiya ilə qarşıdurma deyil, dialoq yolu ilə mümkündür.

Slovakiya hökumətinin başçısı Aİ-ni “silahlara və rusofobiyaya” güvənməkdə ittiham edib və bunun əvəzinə diplomatik təşəbbüslərin gücləndirilməsinə çağırıb.

banner

“Avropada sülh və təhlükəsizlik Rusiya ilə birlikdə mümkündür, ona qarşı və ya Rusiyasız deyil”, – deyə Fitso bildirib.

O, həmçinin Ukraynadakı müharibəyə Avropa İttifaqının bu səviyyədə dəstək verməsinin onu məyus etdiyini qeyd edib. Fitso son çıxışlarında da Rusiya ilə bağlı dialoqun və diplomatiyanın önə çəkilməsini müdafiə edib.

Əlaqəli Yazılar Xüsusi