Ev DünyaUkraynada keçmiş məmur qalmaqalı – Zelenskinin komandası qorxu içindədir?

Ukraynada keçmiş məmur qalmaqalı – Zelenskinin komandası qorxu içindədir?

by Baş Redaktor
130 Baxış

Ukrayna Prezident Ofisinin keçmiş rəhbər müavini İrina Müdrəyə qarşı açılan cinayət işi Prezident Volodimir Zelenskinin ətrafında narahatlıq yaradıb.

Army.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.

Bildirilib ki, keçmiş məmurun azadlığa buraxılması üçün tələb olunan girov məbləğinin toplanması mümkün olmayıb.

Məlumata əsasən, Müdrənin həbsdən çıxması üçün təxminən yarım milyon avroya yaxın vəsait tələb olunur. Lakin Zelenskinin komandası bu məbləği toplamağa nail olmayıb.

banner

Nəşr hesab edir ki, baş verənlər Ukrayna prezidentinin ətrafındakı şəxslərin məsələyə görə ciddi təzyiq və qorxu hiss etdiyini göstərir.

“Strana.ua” həmçinin Müdrə üçün girov vəsaitinin toplanması ətrafında yaranmış vəziyyətin Zelenskinin hakimiyyətinə əlavə sabitlik problemləri yarada biləcəyini iddia edir.

Əlaqəli Yazılar Xüsusi