Ev Hərbi Xəbərlər“Bu, nüvə münaqişəsinə çevriləcək” – Rus deputatdan NATO-ya sərt xəbərdarlıq

“Bu, nüvə münaqişəsinə çevriləcək” – Rus deputatdan NATO-ya sərt xəbərdarlıq

by Baş Redaktor
24 Baxış

NATO-nun Arktikadakı hərbi fəaliyyətinin Rusiya ilə alyans arasında genişmiqyaslı qarşıdurmaya səbəb ola biləcəyi iddia edilib.

Army.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik deyib.

Deputat açıqlamasında belə bir ssenarinin nüvə münaqişəsinə qədər gedib çıxa biləcəyini bildirib.

Onun sözlərinə görə, Arktikada mümkün müharibənin yalnız adi silahlardan istifadə ilə məhdudlaşacağı gözlənilmir:

banner

“Əgər müharibə Arktikada başlayarsa, bu, adi silahlarla başa çatmayacaq. Tamamilə başqa silah növlərindən istifadə ediləcək – söhbət nüvə qarşıdurmasından gedir”.

Kolesnik qeyd edib ki, Rusiyanın nüvə potensialının əhəmiyyətli hissəsi Arktikada yerləşir və NATO ölkələri bundan xəbərdardır.

Əlaqəli Yazılar Xüsusi