Türkiyə İsrail və Suriya arasında mümkün yeni qarşıdurmanın qarşısının alınması məqsədilə aparılan danışıqları dəstəkləsə də, prosesin uğurla nəticələnəcəyinə ehtiyatla yanaşır.
Army.az xəbər verir ki, bu barədə “Al-Monitor” məlumat yayıb.
Bildirilib ki, Ankaranın narahatlığının əsas səbəbi İsrail tərəfinin mövqeyidir.
Ankara İsrail Baş naziri Benyamin Netanyahunun davranışlarında Suriya Prezidenti Əhməd Şaraanın nümayiş etdirdiyi xoşməramlı yanaşmanı görmür.
Bununla belə, Türkiyə hesab edir ki, hazırda ABŞ-ın vasitəçiliyi ilə aparılan təmasların əsas məqsədi İsrail və Suriya arasında gərginliyin azaldılmasıdır. Ankara danışıqların tərəflər arasında mövcud olan fundamental fikir ayrılıqlarını aradan qaldıra biləcəyinə isə inanmır.
