Ev Hərbi Xəbərlərİrana mesaj: “Çox sərt zərbə endirəcəyik”

İrana mesaj: “Çox sərt zərbə endirəcəyik”

by Baş Redaktor
120 Baxış

ABŞ Prezidenti Donald Tramp İranın İordaniyada yerləşən Amerika qüvvələrinə qarşı həyata keçirdiyi hücuma cavab veriləcəyini açıqlayıb.

Army.az xəbər verir ki, Tramp “Fox News”a müsahibəsində Vaşinqtonun İranın hücumunu cavabsız qoymayacağını bildirib.

“Onları çox sərt vuracağıq. Cavabımız olacaq”, – deyə ABŞ lideri vurğulayıb.

Trampın sözlərinə görə, İranın atdığı raketlərin demək olar ki, hamısı ABŞ ordusunun hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Onun bildirdiyinə görə, yalnız bir raketin qarşısının alınmayıb.

banner

ABŞ Prezidenti həmin raketin mühüm hədəfə təhlükə yaratmadığı müəyyənləşdikdən sonra onun hava məkanından keçməsinə icazə verildiyini bildirib.

Tramp eyni zamanda Tehranla danışıqlar məsələsinə də toxunub. Onun sözlərinə görə, İran diplomatik təmasların bərpasında maraqlıdır, lakin Vaşinqton razılaşma əldə etmək məsələsində Tehrana etibar etmir.

Əlaqəli Yazılar Xüsusi