Ev Hərbi XəbərlərErmənistanda milyonluq müqavilələrin detalları üzə çıxdı – Nəyə hazırlıq görülür?

Ermənistanda milyonluq müqavilələrin detalları üzə çıxdı – Nəyə hazırlıq görülür?

by Baş Redaktor
11 Baxış

Ermənistan Müdafiə Nazirliyi ümumi dəyəri 82 milyon 304 min dram olan yeni satınalma müqavilələri imzalayıb. Müqavilələrdən biri tender keçirilmədən, bir mənbədən satınalma proseduru ilə bağlanıb.

Army.az xəbər verir ki, bu barədə “Pastinfo” məlumat yayıb.

Nəşrin məlumatına görə, ayrılan vəsaitin 2 milyon 304 min dramı fərdi sahibkar Ferdinand Hayrapetyan Joranın adına rəsmiləşdirilib.

Bildirilib ki, sahibkar dövlət satınalmalarında yeni iştirak etməyə başlasa da, artıq tender keçirilmədən Ermənistan Müdafiə Nazirliyi ilə iki müqavilə bağlayıb. Həmin müqavilələr çərçivəsində ona ümumilikdə 6 milyon 880 min dram ödənilib.

banner

Müqaviləyə əsasən, fərdi sahibkar nazirlik üçün 96 nəfərlik lüks hotel otaqları təqdim edib.

Qalan 80 milyon dram isə “SVA-Motors” MMC ilə bağlanmış müqavilə çərçivəsində ödənilib. Məlumatda həmin vəsaitin hansı məqsədlə ayrıldığı açıqlanmayıb.

Əlaqəli Yazılar Xüsusi