Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində çıxışı zamanı silahlı münaqişələrin qarşısının alınmasının vacibliyini vurğulayıb.
Army.az xəbər verir ki, Putin sentyabrın 1-nin İkinci Dünya müharibəsinin başladığı gün olduğunu xatırladıb.
O bildirib ki, beynəlxalq praktikada silahlı qarşıdurmaları təşviq edən və ya təhrik edən halların aradan qaldırılması üçün bütün mümkün addımlar atılmalıdır.
Rusiya liderinin sözlərinə görə, ŞƏT çərçivəsində aparılan fəaliyyət də məhz bu məqsədə xidmət edir:
“Biz silahlı münaqişələrin istənilən formada təhrik edilməsini dünya praktikasından çıxarmaq üçün əlimizdən gələni etməliyik. Əminəm ki, bizim fəaliyyətimiz də buna xidmət edir”.
