Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi keyfiyyətlərindən danışaraq onu “müasir və ziyalı insan” kimi xarakterizə edib.
Army.az xəbər verir ki, Putin bu fikirləri Qarabağda baş verən hadisələrə münasibət bildirərkən səsləndirib.
Onun sözlərinə görə, Qərb dövlətləri də Qarabağı Azərbaycanın ərazisi kimi qəbul edir və bölgədə yaşayan ermənilərin hüquq və mənafelərinin qorunacağına dair mövqe ifadə edirdilər:
“Prezident Əliyev Qarabağın erməni əhalisinə pis heç nə etməyəcək. O, müasir, ziyalı insandır. Onların maraqlarını təmin etməyə çalışacaq, buna yüz faiz əminəm. Amma onlar yenə də orada qalmayacaqlar. Belə də oldu”.
