Ev DünyaPutinlə Paşinyan arasında mübahisə: Bişkekdə nə baş verdi?

Putinlə Paşinyan arasında mübahisə: Bişkekdə nə baş verdi?

by Baş Redaktor
39 Baxış

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində bir araya gəlib.

Army.az xəbər verir ki, görüş zamanı iki ölkənin liderləri arasında Ermənistanın xarici siyasi və iqtisadi istiqaməti ilə bağlı fikir ayrılığı yaranıb.

“Xronika Kavkaz”ın yaydığı xəbərdə bildirilir ki, müzakirələrdə əsas diqqət Ermənistanın Avropa İttifaqı (Aİ) ilə əlaqələrinin inkişafı və ölkənin Avrasiya İqtisadi Birliyində (AİB) üzvlüyünün perspektivlərinə yönəlib.

Tərəflərin Ermənistanın gələcək siyasi və iqtisadi kursu ilə bağlı fərqli yanaşmalar səsləndirdiyi qeyd olunur. Müzakirələrdə xüsusilə İrəvanın Aİ-yə inteqrasiya istiqaməti ilə AİB çərçivəsində mövcud öhdəlikləri arasında necə balans yaradacağı məsələsinin ön plana çıxdığı vurğulanır.

banner

Əlaqəli Yazılar Xüsusi