Ev TexnologiyaRusiyanın Su-57-si rəqiblərindən nə ilə fərqlənir?

Rusiyanın Su-57-si rəqiblərindən nə ilə fərqlənir?

by Baş Redaktor
30 Baxış

Rusiyanın beşinci nəsil Su-57 qırıcısının əsas üstünlüklərindən birinin real döyüş təcrübəsi olduğu bildirilir.

Army.az xəbər verir ki, bu barədə “19FortyFive” nəşrinin köşə yazarı Harrison Kass məlumat yayıb.

O hesab edir ki, bu baxımdan Rusiya təyyarəsi ABŞ və Çin istehsalı olan analoqlarından fərqlənir.

Kass son avqustun sonlarında Su-57-lərin Odessa vilayətindəki hədəflərə zərbələr zamanı istifadə edildiyinə dair məlumatlara diqqət çəkib.

banner

Analitik yazır ki, belə əməliyyatlar Su-57-yə ABŞ və Çinin beşinci nəsil qırıcılarında geniş miqyasda olmayan mühüm üstünlük qazandıra bilər – real döyüş təcrübəsi.

Onun fikrincə, təyyarənin görünməzlik imkanlarının ABŞ-ın F-22 qırıcısı ilə eyni səviyyədə olub-olmamasından asılı olmayaraq, Su-57 kifayət qədər güclü döyüş platformasıdır.

Kass həmçinin Rusiya qırıcısının geniş uçuş məsafəsinə və yüksək manevr imkanlarına malik olduğunu qeyd edib. Onun sözlərinə görə, Su-57 müasir radar sistemi və radioelektron mübarizə vasitələri ilə də təchiz olunub.

Əlaqəli Yazılar Xüsusi