Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Egey dənizində yerləşən adalarda hərbi imkanlarını artırmasına münasibət bildirib.
Army.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Ərdoğan Ankara və Afina arasında münasibətlərin yaxşı qonşuluq prinsipləri çərçivəsində davam etdirilməsinin tərəfdarı olduqlarını deyib:
“Türkiyə indiyədək məsələlərə konstruktiv və xoş niyyətlə yanaşıb, lakin bu mövqe hər zaman qarşılıq görməyib. Ankaranın qonşu ölkənin ərazisinə dair heç bir iddiası yoxdur. Bununla yanaşı, Türkiyə öz hüquqlarının pozulmasına imkan verməyəcək.
Beynəlxalq müqavilələrə məhəl qoyulmaması və onların müddəalarının pozulması heç bir tərəfə fayda verməyəcək. Türkiyənin soyuqqanlı və rasional mövqeyini zəiflik kimi qəbul etmək böyük yanlışlıqdır”.
