Ev Hərbi Xəbərlərİsrail İrana qarşı yeni zərbələrlə hədələdi

İsrail İrana qarşı yeni zərbələrlə hədələdi

by Baş Redaktor
15 Baxış

İsrail İranın mümkün yeni hücumuna daha genişmiqyaslı zərbələrlə cavab verəcəyini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katsməlumat verib.

O bildirib ki, İran tərəfindən İsrail ərazisinə hücum ediləcəyi təqdirdə hərbi əməliyyatların hədəfləri genişləndirilə bilər:

“Belə bir ssenaridə İsrail həm hərbi və mülki obyektləri, həm də enerji infrastrukturunu hədəf almaqdan çəkinməyəcək. Bu İran üçün ciddi nəticələr doğuracaq və ölkənin infrastrukturuna böyük zərər vuracaq”.

banner

İsrail müdafiə naziri eyni zamanda İranda iqtisadi təzyiqin, daxili narazılığın və hakimiyyətin dəyişməsi ilə bağlı narahatlığın Tehranı daha riskli qərarlar qəbul etməyə sövq edə biləcəyini deyib.

Əlaqəli Yazılar Xüsusi