“Dünyada baş verən bəzi hadisələrə baxanda Antixristin artıq aramızda olması məni təəccübləndirməz. Lakin bu mövzu üzərində həddindən artıq düşünməməyə çalışıram”.
Army.az xəbər verir ki bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens deyib.
Vens bildirib ki, diqqətini daha çox gündəlik məsuliyyətlərinə yönəltməyə üstünlük verir. Onun sözlərinə görə, yaxşı həyat yoldaşı və ata olmaq, eləcə də vitse-prezident kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək onun üçün daha vacibdir.
Qeyd edək ki, Xristian teologiyasında Antixrist Məsihə qarşı çıxan, insanları inancdan uzaqlaşdıraraq şərə və azğınlığa yönəldəcəyi düşünülən şəxs və ya qüvvə kimi təqdim olunur.
