Ev Hərbi Xəbərlərİranlı admiral ABŞ-a meydan oxudu: “İstənilən vaxt yerə sərərik”

İranlı admiral ABŞ-a meydan oxudu: “İstənilən vaxt yerə sərərik”

by Baş Redaktor
15 Baxış

İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İrani ABŞ-a qarşı sərt açıqlama verib.

Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

İrani bildirib ki, İran Silahlı Qüvvələri zərurət yaranacağı təqdirdə ABŞ qüvvələrinə istənilən vaxt və istənilən nöqtədə zərbə endirmək imkanına malikdir.

Komandanın sözlərinə görə, İran hərbi gəmiləri müxtəlif missiyalar zamanı yüksək əməliyyat imkanları nümayiş etdirib və qarşı tərəfi gözlənilməz addımlarla təəccübləndirib. O, bu imkanların düşməndə ciddi narahatlıq yaratdığını iddia edib.

banner

“Əldə edilmiş irəliləyişləri nəzərə alaraq, zərurət yaranacağı təqdirdə düşməni istənilən vaxt və istənilən nöqtədə yerə sərə bilərik”, – deyə İrani bildirib.

Əlaqəli Yazılar Xüsusi