Pakistan hakimiyyəti sentyabrın 27-də İslamabadda keçirilməsi planlaşdırılan müxalifət aksiyası ilə əlaqədar paytaxtdakı xəstəxanaları gücləndirilmiş hazırlıq rejiminə keçirib.
Army.az xəbər verir ki, bu barədə “Press Trust of India” məlumat verib.
Qərar ölkənin əsas müxalifət qüvvəsi olan “Ədalət Uğrunda Hərəkat”ın (PTI) keçirməyi planlaşdırdığı kütləvi etiraz aksiyası ilə bağlıdır.
Paytaxtın səhiyyə qurumlarına göndərilən göstərişdə mümkün “humanitar böhran” və çoxsaylı insanın xəsarət ala biləcəyi insidentlərə hazır olmaq tapşırılıb. Mitinqin əsas tələblərindən biri hərəkatın təsisçisi, Pakistanın keçmiş Baş naziri İmran Xanın həbsdən azad edilməsidir.
Bildirilir ki, xəstəxanalara planlaşdırılan əməliyyatların təxirə salınması, tibb işçilərinin məzuniyyətlərinin dayandırılması və etiraz aksiyasının keçiriləcəyi gün bütün əməkdaşların işə çıxmasının təmin edilməsi barədə göstəriş verilib.
