“İranın Ali rəhbəri Müctəba Xamenei nüvə məsələsi ilə bağlı yeni fətva verəcək”.
Army.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sözçüsü Həsən Qəşqavi deyib.
Onun sözlərinə görə, indiyədək bu məsələdə əvvəlki fətvanın dəyişdirilməsi barədə məlumatı yoxdur:
“Rəhbərimizin öldürülməsi elə bir zəmin yaratdı ki, yeni rəhbər nüvə və bir sıra dini məsələlər də daxil bütün digər sahələrdə yeni fətvalar verə bilər”.
Xatırladaq ki, İranın keçmiş ali rəhbəri Əli Xameneinin fətvası ilə ölkədə nüvə silahının hazırlanması qadağan olunmuşdu.
