Ev Dünyaİran və Qətər rəsmiləri Nyu-Yorkda regional təhlükəsizliyi müzakirə etdi

İran və Qətər rəsmiləri Nyu-Yorkda regional təhlükəsizliyi müzakirə etdi

by Baş Redaktor
32 Baxış

İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi sentyabrın 23-də Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə görüşüb.

Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Qətər Xarici İşlər Nazirliyinin yaydığı bəyanata görə, görüş zamanı tərəflər regiondakı son hadisələri, gərginliyin azaldılması istiqamətində səyləri və regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi məqsədilə dialoq üçün şəraitin yaradılması məsələlərini müzakirə ediblər.

Əlaqəli Yazılar Xüsusi