Çin və ABŞ iki böyük dövlətin sülh şəraitində birgə yaşamasına imkan verəcək münasibətlər modelini formalaşdırmalıdır.
Army.az xəbər verir ki, bu fikirləri Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ-a dövlət səfərinin ilk günündə yayımlanan yazılı müraciətində səsləndirib.
Si Cinpin ABŞ Prezidenti Donald Trampla görüşərək ikitərəfli əlaqələr, eləcə də beynəlxalq gündəmin əsas məsələləri barədə geniş fikir mübadiləsi aparacağına ümid etdiyini bildirib.
O, həmçinin iki ölkə arasında strateji sabitliyə söykənən konstruktiv münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Çin lideri Pekin və Vaşinqtonun müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını genişləndirməsinin də önəm daşıdığını qeyd edib.
Xatırladaq ki, Si Cinpin sentyabrın 23-də ABŞ-a dövlət səfərinə başlayıb. Çin liderini Vaşinqton yaxınlığındakı Endryus hərbi aviabazasında ABŞ Prezidenti Donald Tramp qarşılayıb.
