Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran ətrafında baş verən proseslər fonunda xarici qüvvələrin bu ölkənin daxili məsələlərinə müdaxilə etməsinin qəbuledilməz olduğunu deyib.
Army.az xəbər verir ki, Ərdoğan bu barədə ABŞ-ın “Newsweek” jurnalına müsahibəsində danışıb.
Türkiyə lideri hesab edir ki, İranda baş verən daxili proseslərlə bağlı qərarların qəbulunda əsas söz sahibi İran xalqı olmalıdır. Onun fikrincə, bu məsələyə kənardan müdaxilə edilməməlidir.
Ərdoğan həmçinin etnik və məzhəb zəmində gərginliyin artırılmasının yalnız İran üçün deyil, bütövlükdə Yaxın Şərq üçün uzunmüddətli sabitlik problemləri yarada biləcəyini vurğulayıb:
“Etnik və məzhəb zəminində qarşıdurmaların qızışdırılması İranı və bütün regionu uzunmüddətli qeyri-sabitliyə sürükləyə bilər. Buna yol vermək olmaz”.
