Ev Dünyaİran müharibəsindən sonra ABŞ-ın raket ehtiyatları tükənib – WSJ

İran müharibəsindən sonra ABŞ-ın raket ehtiyatları tükənib – WSJ

by Baş Redaktor
74 Baxış

ABŞ İranla müharibə zamanı tükənən raket ehtiyatlarını yaxın illərdə tam bərpa edə bilməyəcək. İstehsal tempinin artırılmasına baxmayaraq, mövcud ehtiyatların yenilənməsinin uzun müddət tələb edəcəyi bildirilir.

Army.az xəbər verir ki, “Wall Street Journal” (WSJ) bu barədə yazıb.

Nəşr Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) təhlilinə istinadən qeyd edir ki, ABŞ Silahlı Qüvvələri “Tomahawk” qanadlı raketlərinin mövcud ehtiyatlarının təxminən üçdə birini, “Patriot” raket-interseptorlarının isə yarısını istifadə edib.

Məqalədə bildirilir ki, ABŞ-da müdafiə sənayesi şirkətləri, o cümlədən RTX və “Lockheed Martin”, istehsal gücünü artırmaq üçün fəaliyyətlərini genişləndirir və yeni əməkdaşlar cəlb edirlər.

banner

Lakin görülən tədbirlərə baxmayaraq, istehsal olunacaq raketlərin böyük hissəsinin yaxın bir neçə ildə baş verə biləcək mümkün münaqişələr üçün vaxtında hazır olmayacağı vurğulanır.

Əlaqəli Yazılar Xüsusi