Ev TexnologiyaUkraynaya daha 300 “Penguin” PUA-sı tədarük edilib

Ukraynaya daha 300 “Penguin” PUA-sı tədarük edilib

by Baş Redaktor
64 Baxış

ABŞ-ın kosmik və müdafiə texnologiyaları şirkəti “Redwire” 2022-ci ildən bu yana Ukraynaya 300-dən çox “Penguin” kəşfiyyat PUA-sı çatdırdığını açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Şirkətin məlumatına əsasən, hazırda Ukrayna qüvvələrinin istifadə etdiyi “Penguin” sistemləri müharibənin ilk mərhələsində göndərilən modellərdən bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Yeni versiya daha yüksək uçuş hündürlüyünə malikdir ki, bu da onu FPV tipli hücum PUA-ları üçün daha çətin hədəfə çevirir.

“Redwire” bu məlumatları Ukrayna qüvvələrinə göstərdiyi dörd illik dəstəklə bağlı yayımladığı hesabatda qeyd edib.

banner

“Penguin” əsasən döyüş meydanında kəşfiyyat, müşahidə və monitorinq məqsədləri üçün istifadə olunan kiçik sabitqanadlı pilotsuz uçuş aparatıdır. Sistem vasitəsilə ərazidən əldə edilən görüntülər real vaxt rejimində operatorlara və hərbi bölmələrə ötürülür.

Ukrayna Silahlı Qüvvələrinin daha çox “Penguin Mk2X” modelinə üstünlük verdiyi bildirilir. Bu versiyanın seçilməsində uçuş müddəti, məsafə və hündürlük göstəriciləri əsas amillər sırasında göstərilir.

“Redwire” Mk2X-in müharibənin əvvəlində istifadə olunan modellərlə müqayisədə əhəmiyyətli dərəcədə daha yüksək hündürlükdə uça bildiyini bildirib. Bununla belə, şirkət yeni PUA-nın konkret maksimal uçuş hündürlüyünü açıqlamayıb.

“Penguin Mk2X” Latviyada “Redwire” tərəfindən istehsal olunan “Octopus 180” sabitləşdirilmiş kamera sistemi ilə də təchiz edilir. Şirkətin məlumatına görə, kamera daha uzaq məsafədən obyektlərin müşahidəsinə və görüntülərin daha dəqiq əldə olunmasına imkan yaradır.

Əlaqəli Yazılar Xüsusi