Ev DünyaATƏT-in 2027-ci il sədrliyi uğrunda mübarizə qızışır – Gürcüstan da namizəd oldu

ATƏT-in 2027-ci il sədrliyi uğrunda mübarizə qızışır – Gürcüstan da namizəd oldu

by Baş Redaktor
56 Baxış

Gürcüstanın 2027-ci ildə ATƏT-ə sədrlik etmək niyyəti Avropa İttifaqının etirazı ilə qarşılaşıb.

Army.az xəbər verir ki, bu barədə Brüsseldə fəaliyyət göstərən “Rapporteur” portalı məlumat yayıb.

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Tbilisinin ATƏT-ə sədrliyə maraq göstərdiyini və bu məsələdə təşkilata üzv olan bütün ölkələrlə əməkdaşlığa hazır olduğunu bildirib. Bununla belə, Aİ Gürcüstanın namizədliyini dəstəkləmir. Avropa İttifaqının rəsmi nümayəndəsi Kristian Viqand Brüsselin yalnız Kiprin namizədliyini dəstəklədiyini və alternativ namizədlərlə bağlı müzakirələrin aparılmadığını deyib.

ATƏT-in 2027-ci il sədrliyi məsələsində isə hazırda qeyri-müəyyənlik qalır. Kipr yeganə rəsmi namizəd olsa da, Türkiyə onun namizədliyinin qarşısını alır. Bu vəziyyət Gürcüstana alternativ namizəd kimi çıxış etmək imkanı yaradır.

banner

Əlaqəli Yazılar Xüsusi