Ev DünyaSançes Makrona müraciət etdi: “Yalnız üzr istəyə bilərəm”

Sançes Makrona müraciət etdi: “Yalnız üzr istəyə bilərəm”

by Baş Redaktor
47 Baxış

Fransa Prezidenti Emmanuel Makronun İspaniyaya rəsmi səfəri çərçivəsində Madrid və Paris arasında imzalanmış Dostluq və Əməkdaşlıq Müqaviləsinin İspaniya Senatında rədd edilməsi də gündəmə gəlib.

Army.az xəbər verir ki, İspaniyanın Baş naziri Pedro Sançes sənədin parlamentin yuxarı palatasında qəbul edilməməsinə görə Makrondan üzr istəyib.

O, bunu liderlərin Madriddə keçirdiyi birgə mətbuat konfransında açıqlayıb:

“Dünən Senatda müqavilə ilə bağlı keçirilən səsverməyə görə yalnız üzr istəyə bilərəm”.

Qeyd edək ki, iki ölkə arasında Dostluq və Əməkdaşlıq Müqaviləsi 2023-cü ilin yanvarında Barselonada imzalanıb. Sənəd əsasən ikitərəfli münasibətlərin və əməkdaşlığın daha da inkişaf etdirilməsini nəzərdə tutur.

banner

Əlaqəli Yazılar Xüsusi