Ev Dünyaİrəvandan TRIPP açıqlaması: “Kifayət qədər sürətli irəliləyirik”

İrəvandan TRIPP açıqlaması: “Kifayət qədər sürətli irəliləyirik”

by Baş Redaktor
74 Baxış

Ermənistan “Tramp marşrutu” (TRIPP) layihəsinin reallaşdırılması istiqamətində işlərin sürətlə davam etdiyini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə Ermənistanın ABŞ-daki səfiri Narek Mkrtçyan jurnalistlərə açıqlamasında danışıb.

Diplomat bildirib ki, layihə çərçivəsində son bir il ərzində nəzərəçarpacaq irəliləyiş əldə olunub. Onun sözlərinə görə, belə genişmiqyaslı proqram üçün görülən işlərin həcmi kifayət qədər böyükdür.

Hazırda layihə ilə bağlı araşdırmaların davam etdiyini deyən Mkrtçyan prosesin yaxın bir-iki ay ərzində tamamlanacağını gözlədiklərini bildirib.

banner

Səfirin sözlərinə görə, bundan sonra, 2027-ci ilin əvvəlindən etibarən layihə üzrə konkret və praktiki addımların atılması mümkün olacaq:

“Düşünürük ki, gələn ilin əvvəlində təməlqoyma mərasimini keçirmək mümkün olacaq”.

Əlaqəli Yazılar Xüsusi